İspaniyanın “Barselona” klubu portuqaliyalı müdafiəçisi Nelson Semedonu əsas komandadan kənarlaşdırıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb kimi sözügedən futbolçunun koronavirus pandemiyasına görə İspaniyada tətbiq olunan karantin qaydalarını kobud şəkildə pozması göstərilir.

Belə ki, Semedo bir doğum günü şənliyində iştirak edib. Onunla yanaşı həmin tədbirdə 19 nəfər olub və heç kim qoruyucu tibbi maskadan istifadə etməyib.