"Transfermarkt" Misli Premyer Liqasının ən bahalı "11-liy"ini müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan çempionatında çıxış edən oyunçuların ümumi dəyəri 101,43 milyon avro civarındadır. Ən bahalı futbolçulardan ibarət "11-lik" isə aşağıdakı kimidir:
Qapıçı: Mateuş Koxalski ("Qarabağ") - 1,5 milyon avro
Sağ cinah müdafiəçisi: Qismət Əliyev ("Zirə") - 900 000 avro
Müdafiəçi: Yuri Matias ("Neftçi") - 1 milyon avro
Müdafiəçi: Ruan Renato ("Zirə") - 750 000 avro
Sol cinah müdafiəçisi: Toral Bayramov ("Qarabağ") - 1,2 milyon avro
Yarımmüdafiəçi: Aleksey İsayev ("Qarabağ") - 900 000 avro
Yarımmüdafiəçi: Səbuhi Abdullazadə ("Sumqayıt") - 850 000 avro
Yarımmüdafiəçi: Yassin Benzia ("Qarabağ") - 1,2 milyon avro
Sağ cinah hücumçusu: Kadi Borges ("Qarabağ") - 2,5 milyon avro
Sol cinah hücumçusu: Rəhim Sadıxov ("Turan Tovuz") - 850 000 avro
Mərkəz hücumçusu: Pavol Şafranko ("Sabah") - 1 milyon avro