Bu gün Misli Premyer Liqasında XXVII tur start götürüb.
Offsideplus.az xəbər verir ki, III dövrənin axırıncı turu çərçivəsində günün yeganə görüşü Mərdəkanda yerləşən "Liv Bona Dea Arena"da keçirilib.
Son vaxtlar "qala zolağ"a düşən "Araz-Naxçıvan" uğursuz oyunlar seriyasını "Şamaxı" ilə görüşdə dayandırmağa çalışıb. Bu oyuna qədər Elmar Baxşıyevin yetirmələri Premyer Liqanın son 6 matçında cəmi 4 xal qazanmışdı: 4 heç-heçə, 2 məğlubiyyət.
Naxçıvan təmsilçisi yenə qələbə qazana bilməyib.
Misli Premyer Liqası, XXVII tur
"Araz-Naxçıvan" - "Şamaxı" 1:1 (ikinci hissə)
Bernardo Dias, 39 - Cəlal Hüseynov, 68
- Meydan sahiblərinin üzvü Ülvi İsgəndərov 8-ci dəqiqədə qol vursa da, VAR-a baxıldıqdan sonra ofsayd qeydə alınıb