Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda "Qarabağ" səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdi.

Offsideplus.az xəbər verir ki, bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında qarşılaşma ilə əlaqədar qərarlar qəbul edilib.

Oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı”  800 manat cərimə edilib (maddə 51.2). 

Görüş zamanı “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam klubu 1500 manat cərimə edilib (maddə 52.2).