Misli Premyer Liqasının XI turunda "Turan Tovuz" "Kəpəz"lə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, AFFA İntizam Komitəsi görüşdə baş verən hadisələrlə bağlı qərarlar qəbul edib. 

Meydan sahiblərinin 5 futbolçusu oyunda sarı vərəqə aldığı üçün 700 manat cərimə olunub. Qarşılaşmada "Kəpəz"in də eyni sayda oyunçusu "sarı" ilə cəzalanıb. Bu səbəbdən də qurum gəncəliləri də 700 manat cərimə edib. 

Bundan əlavə, "sarı göylər"in üzvü Dioqo Verdaska matç bitdikdən sonra hakimin qərarına etiraz edib. Bu səbəbdən də referi ona ikinci sarı vərəqə göstərib. Oyunçu İntizam Komitəsi tərəfindən 1 oyunluq cəzalanıb. Klub isə 500 manat cərimə olunub.