"Turan Tovuz" infrastruktur layihələrinə davam edir.
Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisinin əsas komandası ilə yanaşı əvəzedici, U-19, U-17, U-16 və U-15 komandaları dairəvi sistem üzrə yarışlarda iştirak edir. Bundan başqa Qərb regionu üzrə yarışlarda pley-off mərhələsinə vəsiqə qazanan aşağı yaş qrupları üzrə komandaları da final mərhələsində mübarizələrinə ümumrespublika yarışlarında davam edirlər. Səfər oyunlarının böyük əksəriyyəti Bakı şəhərində keçirilir. Komandaları paytaxat səfəri zamanı oyunöncəsi məşqlər üçün təbii örtüklü meydança tapmaqda çətinliklərlə üzləşir. Bu, məşq və oyun planlarına mənfi təsir etməklə yanaşı ciddi maliyyə itkisinə də səbəb olur. "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyevin şəxsi vəsaiti hesabına həyata keçirilən Kürdəxanı layihəsi – yeni məşq bazası yaxın gələcəkdə ciddi maliyyə xərclərindən azad olmaq və oyunöncəsi məşqləri rahat şəkildə həyata keçirmək üçün nəzərdə tutulub.
Klubun əsas məskəni və bazası Tovuz şəhəridir, dəyişdirilməsi heç bir halda nəzərdə tutulmur. Hazırda bölgədə tikinti layihələri davam edir. Tovuz şəhər stadionunda yeni akademiya binasının inşası yekunlaşmaq üzrədir. Bundan başqa yeni bazanın tikintisinə hazırlıqlar davam edir. Plana uyğun olaraq Gəncə şəhər stadionunun inşası başa çatdıqdan sonra Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulub. Ot örütüyünün tam hazır olması müəyyən vaxt apardığından azarkeşlərimizdən uzaq düşməmək üçün müvəqqəti olaraq ev oyunlarını Gəncə şəhər stadionunda keçirməyi nəzərdə tuturuq.
Qeyd edək ki, klubların uzunmüddətli inkişaf strategiyasında infrastruktur layihələri xüsusi yer tutur.