"Sumqayıt" yeni qapıçı ilə güclənib.
Offsideplus.az xəbər verir ki, "kimyaçılar" Rəşad Əzizlini komandaya cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü "Qəbələ"də keçirmiş qolkiperlə mövsümün sonunadək müqavilə imzalanıb. 30 yaşlı "çərçivə qoruyucusu" 94 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” bu günə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias, Miloş Miloviç və Giorgi Karaişvilinin keçidini reallaşdırıb.