“Zirə” yeni futbolçu ilə anlaşıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bakılılar tanış sima ilə güclənib. Belə ki, “Neftçi”nin sabiq yarımmüdafiəçisi Yusuf Laval bu dəfə “Zirə” üçün Azərbaycana qayıdıb. Nigeriyalı vingerlə 2+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, ölkəmizdə “Neftçi”də də çıxış etmiş 26 yaşlı futbolçu həmçinin Belçikanın “Lokeren”, Portuqaliyanın “Arouka” klublarının da formasını geyinib.