"Ot örtüyünün dəyişdirilməsi prosessi daha öncə əməkdaşlıq etdiyimiz "Aqrosport" şirkəti tərəfindən aparılacaq. Stadionda qazonun yenilənməsindən əlavə digər təmir işləri də baş tutacaq".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Neftçi"nin mətbuat katibi Asəf Zeynallı dedi. 

Klub rəsmisi stadiondakı oturacaqların da dəyişdiriləcəyini bildirdi:

"Ot örtüyünün bərpası ilə yanaşı tribunadakı oturacaqlar "ağ-qara" olmaqla dəyişdiriləcək. Media sektorunda jurnalistlər üçün müəyyən işlər görüləcək, şərhçi mövqeyinin yaxşılaşdırılması nəzərdə tutulub. VİP sektorda da oturacaqlar yeniləri ilə əvəz olunacaq".