Misli Premyer Liqasının I turunda "Sumqayıt" "Kəpəz"i 2:0 hesabı ilə məğlub etdi.

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı Adil Şükürov iştirak etdi. 

Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:

"Hamını çempionatın başlaması münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, hamı maraqlı oyun izlədi. Yeni komanda qururuq. Bizə vaxt lazımdır. Komandanı formalaşdırmalıyıq. Qarşıda uzun marafon var. Bu müddətdə yaxşı oyun sərgiləyib, azarkeşlərimizi sevindirməyə çalışacağıq".

"Kəpəz"in çalışdırıcısı bu gün əsas heyətdə meydana çıxan Ümid Səmədov haqda da danışdı:

"Şükürlər olsun ki, onun səhətindəki problem aradan qalxdı. Çox yaxşı oyunçudur. Ona ümid bəsləyirik. Öz üzərində çalışsa, Azərbaycanın ən yaxşı futbolçularından biri olacaq".