“Sumqayıt” klubu yeni transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "kimyaçılar" Nikola Vuynoviç ilə 1+2 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu "Sumqayıt"da 9 nömrəli formada çıxış edəcək.

Vuynoviç son olaraq Xorvatiyanın “Qoritsa” klubunda çıxış edib.

Qeyd edək ki, “Sumqayıt” FK bu günə qədər Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib.