"Kəpəz" heyətini yeni qapıçı ilə gücləndirib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi Paulo Rojerio Veyqa dos Santosla 1 illik müqavilə imzalayıb.

Portuqaliyalı qapıçının son klubu vətənində aşağı liqa təmsilçisi "Lenk Vilaverdense" olub.

Rojerio "Braqa" akademiyasının yetirməsidir. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığma komandalarının üzvü olub.