Son mövsüm icarə əsasında "Kəpəz" çıxış edən Elmir Tağıyev "Səbail"dən Gəncə klubuna transfer olunub.

Offsideplus.az xəbər verir ki, "sarı-göylər" Tağıyevlə 2 illik (1+1) müqavilə imzalayıb.

Yarımmüdafiəçi "Kəpəz"in heyətində 27 oyunda 1 qolla yadda qalıb.

Adil Şükürovun başçılıq etdiyi kollektiv daha əvvəl Yeqor Xvalko ilə yeni sözləşmə əldə etmişdi.