AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub.
Offsideplus.az xəbər verir ki, qəbul edilən qərarlara əsasən, "İmişli" – "Şamaxı" matçında qonaq komandanın 4 üzvünün sarı vərəqə alması kollektiv intizamsızlıq kimi qeydə alınıb və "Şamaxı" klubu 700 manat cərimə edilib.
"Sabah"la qarşılaşmada ciddi qayda pozuntusuna yol verən "Kəpəz"in futbolçusu Şakir Seyidov isə oyunun 90+8-ci dəqiqəsində birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Buna görə oyunçu 2 oyunluq diskvalifikasiya edilib. Gəncə təmsilçisi isə 1000 manat məbləğində cərimələnib.


