Aleksey Kaşukun "Qarabağ" - "Linkoln Red İmps"i matçını stadiondan izlədiyini diqqətinizə çatdırmışdıq.

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin çalışdırıcısı Qurban Qurbanov ukraynalının "köhlən atlar"a keçib-keçməyəcəti haqda danışdı:

"Aleksey Kaşukun oyuna gəlişindən məlumatsızam. Ola bilər ki, başqa komandaya keçir. Bəlkə də bizim oyunumuza baxmaq üçün arenaya təşrif buyurub. Amma Kaşukun burada olmasından məlumatsızam".