"Şamaxı” futbolçu Lubeni Haukonqo ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Ayrılığa qeyri-adi hadisə səbəb olub. Belə ki, futbolçu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilməyib.
Bu səbəbdən də tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.