Premyer Liqaya bu il vəsiqə qazanan "Şamaxı" yeni problemlə üzləşib.

Komanda maliyyə sıxıntılarından dolayı futbolçuların maaşını ödəyə bilmir. Problemin nə zaman həll olunacağı ilə bağlı komandanın baş meneceri Kamran İsmayılovla əlaqə saxladıq. 

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında iddialarda doğruluq payı olduğunu bildirdi:

"Biz futbolçulara iki ayın əmək haqqsını, çempionluğa və son 2 oyununa görə veriləcək bonsunları borclu idik. Hazırda bəzi ödənişlər onların hesabına köçüb.

Həmçinin qeyd etmək istəyirəm ki, onunçuların yarısına aprelin maaşı da öldənilib. Mayın ödənişləri isə bütövlüklə qalıb. Klub tərəfindən bu problemin həll olunmasını istəyirik. Bu yöndə işlərimiz gedir. Ən qısa müddətdə məsələni yoluna qoymağa çalışacağıq. Amma ödənişlərin nə vaxt futbolçuların hesabına köçəcəyi dəqiq deyil". 

İsmayılov maliyyə sıxıntıları səbəbindən bəzi futbolçuların komandanı tərk etməsi ilə bağlı iddialara da cavab verdi:

"Bəzi narazılıqların yaranması normaldır. Haqları da var. Kimsə iddia edirsə ki, komanda daxilində üsyan və ya digər problemlər var. Bunlar kökündən səhvdir. "Şamaxı"dan ayrılanlar oldu, amma bunun əmək haqqı ilə əlaqəsi yoxdur".