Azərbaycanda futbol mövsümünün başlamasına 3 həftədən az müddət qalıb. Premyer Liqa klublarının hazırlıqları isə sürətlə davam edir. Kimi heyətini yeni futbolçularla gücləndirir, kimi də köklü dəyişikliklər edir. Elə isə komandalarımızın yeni mövsümə hazırlıqlarına birlikdə nəzər salaq.

"Qarabağ"

Təlim-məşq toplanışını Avstriyada davam etdirən son çempion 2 transfer edib. Belə ki, Ağdam təmsilçisi qapı mövqeyinə Fabiyan Buntiçi, həmçinin “Yurqorden”dən Musa Qurbanlını heyətinə qatdı. Bundan başqa, "atlılar" 3 oyunçu - Bəhlul Mustafazadə, Nəriman Axundzadə, Riçard Almeyda ilə sözləşməni yeniləyiblər. Komandanı tərk edənlər isə Adama Diakabi,  Andrey Lunyov, Nihad Quliyev, Rüstəm Əhmədzadə və İsmayıl İbrahimlidir. Hazırda "Qarabağ"ın qapı xəttinə axtarışları davam edir. Amin Ramazanovun zədələnməsindən sonra Ağdam klubuna qapıçı transferi şərt oldu.

Komanda indiyə qədər 2 yoxlama oyununda qüvvəsini sınayıb. Qurban Qurbanovun kollektivi ilk oyunda Almaniyanın “Kayzerslautern"i ilə bacarmayıb (1:3), “Viktoriya”ya isə 2:1 hesabı ilə qalib gəliblər. "Qarabağ"dan hər il olduğu kimi gözləntilər böyükdür. Ötən il Avropa Liqasında adından söz etdirməyi bacaran klubdan azarkeşlər bu dəfə daha artığını tələb edirlər.

"Zirə"

"Zirə" üçün "futbol ili" ötən həftədən start götürdü. Komanda Avropa Liqasının I təsnifat mərhələsində Moldova "Şerif"i ilə qarşılaşdı və səfərdə rəqibini məğlub etməyi bacardı. Cavab oyununa 1:0 hesabı ilə üstün başlayacaq qəsəbə təmsilçisi üçün bu matç olduqca çətin keçəcək. Lakin Rəşad Sadıqovun kollektivi üçün heç-heçə belə yetərlidir. 

Heyətinin özəyini qorumağı bacaran "qartallar" 6 transfer reallaşdırıblar. Belə ki, qəsəbə təmsilçisi yeni mövsümdən Fuad Bayramov, Aydın Bayramov, Elçin Əlicanov, Rüstəm Əhmədzadə, Davit Volkov, Martins Junior, Ange Mutzinzinin xidmətindən də istifadə edəcək. Vladislav Kulaç, İlkin Muradov, Sezar Meza Kolli, Dimitrios Çantakias, Rəhim Sadıxovla yollarını ayıran kollektiv Qismət Alıyev, Anar Nəzirovla müqavilənin müddətini artırıblar.

"Sabah"

Ötən mövsümün bürünc mükafatçısı "Sabah" da hazırlıqlarını sürətlə davam etdirir. Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "bayquşlar" Sloveniyada təlim-məşq toplanışı keçirlər. Komanda indiyə qədər 4 transfer reallaşdırıb. Belə ki, Masazır klubu Kahim Parrisi, Coy-Lens Mikelsi, İvan Lepinitsanı və Neqoş Kupusoviçi rənglərinə qatıb. Həmçinin komandanı 6 futbolçu - Davit Volkov, Kristian Sebalyos, Rauf Rüstəmli, Kristian Silva, Emmanuel Apeh və Veysəl Rzayev tərk edib. 

"Sabah" Konfrans Liqasının II təsnifat mərhələsində  “Makkabi” ilə qarşılaşacaq.

"Sumqayıt"

Konfrans Liqasındakı digər təmsilçimiz "Sumqayıt" Macarıstanın "Fehervar" komandası ilə qarşılaşacaq. Hazırlıqlarına Türkiyədə davam edən Samir Abbasovun çalışdırdığı klub indiyə qədər 4 transfer gərçəkləşdirib. Gənclik şəhəri təmsilçisi Rəhim Sadıxovu, Fernando Medeirosu, Slaviş Radoviçi və Nikola Vuynoviçi heyətinə cəlb edib. Həmçinin Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Masaki Murata və Kasimir Ninqa "kimyaçılar"ı tərk edənlər sırasındadır. 

"Neftçi"

Ötən mövsümü uğursuz keçirən "Neftçi" "futbol ili"ndə iddialı olmağa çalışır. Qeyri-sabit çıxışı ilə azarkeşlərini məyus edən paytaxt klubu köklü dəyişikliklərin astanasındadır. Mövsüm başa çatdıqdan sonra baş icraçı direktoru Fərrux Mahmudovla yollarını ayıran klub onun yerinə türkiyəli funksioner Cenk Sümeri təyin edib. Həmçinin "ağ-qaralar"ın baş məşqçi postuna da təyinat gərçəkləşdi. "Qəbələ" ilə Azərbaycan futbolu tarixinə adını yazdıran Roman Qriqorçuk bundan sonra "Neftçi"ni qara zolaqdan çıxarmağa çalışacaq.

Komanda heyətini 3 futbolçu ilə gücləndirib. Belə ki, flaqman Emil Səfərov, Edvin Kuç və Ramil Şeydayevi rənglərinə qatıb. Bundan başqa, Ömər Buludov, Turan Vəlizadə, Eddi İsrafilov, Reziuan Mirzov, Ataa Caber, Aqil Məmmədov və İvan Brkiç komandanın sıralarından ayrılıb.

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışını keçən Qriqorçukun yetirmələri bir yoxlama görüşü keçiriblər. Onlar Super Liqa təmsilçisi "Alanyaspor"u 3:1 hesabı ilə üstələyiblər.

"Turan Tovuz"

Ayxan Abasovun səs-küylü gedişindən sonra bölgə təmsilçisi boş qalan postu təcrübəli rusiyalı çalışdırıcı Kurban Berdıyevə tapşırdı.  "Transfer pəncərəsi" dönəmində 

İvan Konovalovu, Sergey Samokunu, Kristian Silvanı və Veysəl Rzayevi transfer edən komadanda, Tərlan Əhmədli, Fərid Nəbiyev, həmçinin Aydın Bayramovla yollarını ayırıb.

Hazırlıqların birinci mərhələsi çərçivəsində Azərbaycanda iki yoxlama oyunu keçirən kollektiv "Kəpəz" (4:0) və "Şəmkir"ə (13:0) qalib gəlib. Bölgə təmsilçisi daha 3 yoxlama oyunu keçirəcək.

"Səbail"

Geridə qalan mövsümdə qarşılarına qoyduğu hədəfə çata bilməyən (ilk "6-lıq"da olmaq) "Səbail" də heyətini gücləndirməyə davam edir.

Komandaya qoşulan futbolçular bunlardır: Fərid Nəbiyev, Nihad Quliyev, Vüsal Məsimov, Amir Bilali, Dmitri Litvin, Mert Çelik, Ayman Buali, Gülağa Əsədov.

Komandadan ayrılanlar:  Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev, Vüqar Həsənov, Bahadur Həziyev, Rafael Məhərrəmli, Adi Mehremiç

Müqavilənin müddətini uzadanlar: Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli, Süleyman Əhmədov.

"Araz-Naxçıvan"

Naxçıvan təmsilçisi heyətini 9 futbolçu ilə gücləndirib. Bu futbolçular aşağıdakılardır:

Ürfan Abbasov, Ülvi İsgəndərov, Ömər Buludov, Tərlan Əhmədli, Turan Vəlizadə, Bəxtiyar Həsənalızadə, Karlos Jatoba, Benni, Felipe Santos.

Həmçinin Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv 13 oyunçu - Zamiq Əliyev, Abdulla Rzayev, İldar Ələkbərov, Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Məhəmməd Kadiri, Elvis Maşike, Nicat Süleymanov, Orxan Əliyevlə yollarını ayırıb. Komandanın yeni mövsümdə necə çıxış edəcəyi maraqla gözlənilir.

"Kəpəz"

Sponsor məsələsi hələ də rəsmi şəkildə həll olunmayan "Kəpəz"in bu il də Premyer Liqada qalmaq əsas hədəfi olacaq. Adil Şükürovun rəhbərlik etdiyi komanda Nicat Süleymanovu, Paulo Rojeriyonu  və Məmməd Hüseynovu rənglərinə qatıb. 

Bunun əksinə olaraq isə Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Junior Martins, Olavele Onanuqa, İqor Rodriqes, Giorgi Papunaşvili, Latir Fall, Rüfət Əhmədov, Amil Yunanov komandanı tərk edib. 

Yeqor Xvalko, Elmir Tağıyev, Əli Səmədov, Vuğrun Hüseynovla isə yeni müqavilə imzalanıb.

"Şamaxı"

Premyer Liqaya yenidən vəsiqə qazanan "Şamaxı" da hazırlıqlarını davam etdirir. 

Komandanın transferləri: Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Brahim Konate, Georgi Kantariya, Rikardo Fernandes, Kamal Bayramov, Lubeni Haukonqo, Fəxri Məmmədli.

"Şamaxı"dan ayrılanlar:

Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov, Kənan Quliyev

Həmçinin bölgə təmsilçisi Səbayıl Bağırov, Abdulla Seydəhmədov və Emin Zamanovla yeni müqavilə imzalayıb.