"Neftçi" Azərbaycan millisinin üzvü Ramil Şeydayevi transfer edib. Onunla 3 illik müqavilə imzalanıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk Şeydayevin transferini dəyərləndirib.
Ukraynalı mütəxəssis bu keçidin əla transfer olduğunu deyib: “Mən çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur. Düşünürəm ki, bu, komandamız üçün əla transferdir”.