"Qarabağ"ın qapıçısı Amin Ramazanov zədələnib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, məşq prosesində xəsarət alıb.

Qolkiperin müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb.

Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.