Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, 2 saat davam edən müzakirələrdən sonra qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında klublara ayrılan maliyyənin artırılması ilə bağlı məsələyə aydınlıq gətirib:
"AFFA tərəfindən klublara ayrılan maliyyə müəyyən kriteriyalar əsasında müəyyən edilir. Sözügedən məsələlər üzərində müzakirələrimiz oldu. Sonda qərara alındı ki, bəzi kriteriyalarda müəyyən güzəştlər olunsun. Bu barədə komandalara Klublar Komitəsinin iclasında məlumat veriləcək".