Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, 2 saat davam edən müzakirələrdən sonra qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında Hakimlər Komitəsinin yeni sədri ilə bağlı məsələyə aydınlıq gətirib:

"Bir sıra məsələlər müzakirə edildi. Gündəlikdə olan mövzulardan biri də hakimliklə bağlı idi. İcraiyyə Komitəsinin üzvlərinə bu barədə məlumat verildi. Bu sahədə çatışmazlıqlar və problemlərdən bəhs olundu. Gələcək planlar da müzakirə olundu. Növbəti iclasımızda Hakimlər Komitəsinin sədri ilə bağlı ictimaətə açıqlama veriləcək".