Yeni mövsümün hazırlıqlarını davam etdirəm "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, qəsəbə təmsilçisi slovakiyalı hücumçu Pavol Şafrankonu transfer edib.

Onunla iki illik müqavilə imzalanıb.

29 yaşlı futbolçu karyerası ərzində Slovakiyanın “Tatran” (2013-2016), “Podbrezova” (2016), “DAC 1904” (2017-2018), Danimarkanın “Olborq” (2019), Şotlandiyanın “Dandi Yunayted” (2018/2019), Rumıniyanın “Şepşi” (2019-2021, 2022-2024) və CAR-ın “Sandauns” (2021-2022) klublarında oynayıb.