“Turan Tovuz” daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Offsideplus.az xəbər verir ki, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.
Alexandro Serrano daha 1 il “Turan Tovuz”da çıxış edəcək. İspaniyalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2024/2025-ci illər mövsümünün sonunadək uzadılıb.
Qeyd edək ki, “Turan Tovuz” bunadək Şəhriyar Əliyev, Aleks Souza və Emmanuel Hakmanla də müqaviləni uzadıb.