Avrokuboklara vəsiqə qazana bilməyən, mövsümü 5-ci pillədə bitirən "Neftçi" ətrafında söz-söhbətlər səngimək bilmir.

Mediaya klubla bağlı hər gün yeni iddialar səsləndirilir. Yazılanlara inansaq, tanınmış agent Erkin İbrahimov "ağ-qaralar"a vəzifəyə gətiriləcək. Menecer həmkarı Kamil Məmmədovu əvəz edəcək. Yəni, Erkin İbrahimov "Neftçi"də idman üzrə müşavir vəzifəsini icra edəcək. İnformasiyanı dəqiqləşdirmək üçün agentlə əlaqə saxladıq. Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Bu xəbəri mən də oxudum. Ortada real bir şey yoxdur. Hər zaman klub sektorundan uzaq durmağa çalışmışam. Yayılan informasiyalar həqiqəti əks etdirmir".