FİFA-nın keçmiş maliyyə direktoru və katibi Markus Kattner 10 il müddətinə futboldan kənarlaşdırılıb.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Kattner sabiq FİFA prezidenti Jozepp Blatter və digər rəhbər şəxslərin hesabına maaş və bonus adı ilə milyonlarca dollar köçürüb. Vəzifəsindən sui-istifadə etdiyinə görə 10 il müddətinə cəzalandırılan almaniyalı futbol funksioneri, 30 gün içində ödəmək şərti ilə 1 milyon İsveçrə frankı da cərimələnib.
Qeyd edək ki, Kattner Blatterin dönəmində 13 il boyunca FİFA-da müxtəlif vəzifələrdə çalışıb.