Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin təşkil etdiyi "Adria Tour" ətrafındakı söz-söhbətlər səngimir.

Offsideplus.az xəbər verir ki, Cokoviç tennis turniri ilə yanaşı, iştirakçılar üçün əyləncə gecəsi təşkil edib.

Aleksandr Zverev, Dominik Tim, Filip Krayinoviç, Duşan Layoviç və Yelena Yankoviç kimi tennisçilər Belqradda yerləşən "Lafayette Cuisine Cabaret" gecə klubunda birlikdə rəqs edərək əyləniblər.

Daha sonra serbiyalı tennisçi ilə yanaşı onun fitnes-məşqçisi, Qriqor Dimitrov, Dimitrovun məşqçisi, Borna Çoriç, Viktor Troitski və onun hamilə həyat yoldaşında koronavirus aşkarlanıb.

Virusa yoluxanlar karantinə alınıblar və onların müalicəsinə başlanılıb.