"Yuventus" klubu "Barselona" ilə Artur Melo transferini tamamlamaq barədə razılıq əldə edib.

Offsideplus.az xəbər verir ki, keçidin dəyəri 80 milyon avro təşkil edir.

Oyunçu özü Kataloniya təmsilçisində qalmaq istəyir, lakin Turin təmsilçisi oyunçunu razı salmağa çalışacaq.

Qeyd edək ki, Melo 2018-ci ildən "Barselona"da çıxış edir.