İngiltərə Futbol Liqası (EFL) yeni koronavirus testlərinin nəticələrini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, testdən Çempionşipdəki 24 klubun 1192 nümayəndəsi keçib. Onlardan 6-da nəticə müsbət olub. Adları açıqlanmayan həmin şəxslərin hamısı özlərini təcrid edib.

Qeyd edək ki, Çempionşipdə 108 oyun və 3 - 7-ci yerləri tutacaq komandalar arasında ənənəvi pley-off qarşılaşmaları qalıb. Görüşlər azarkeşsiz keçiriləcək. Mövsüm iyunun 20-də bərpa olunacaq.