London “Arsenal”ı koronavirusa görə dayandırdığı məşqləri bərpa etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "topçular"ın kollektivi qarşıdakı 24 saat ərzində koronavirus testindən keçiriləcək.

Bütün testlər yaxşı olsa, paytaxt klubu mayın 20-dən etibarən məşqlərə başlayacaq. Lakin komanda üzvləri kiçik qruplar halında, gigiyenik qaydalara əməl etmək şərtilə məşq edə biləcəklər.