Juventus-un hücumçusu Kriştiano Ronaldo milli komanda ilə bağlı fikrini dəyişib.
Offsideplus.az-ın “Corriere dello Sport”a istinadən yaydığı xəbərə görə, 33 yaşlı futbolçu yığmaya qayıtmağa qərar verib. Juventus-a daha yaxşı uyğunlaşmaq üçün bu ilin sonuna qədər millidə oynamayacağını açıqlayan təcrübəli forvard artıq hazır olduğunu bildirib.
Qeyd edək ki, Portuqaliya millisi UEFA Millətlər Liqasında noyabrın 17-də İtaliya, 3 gün sonra isə Polşa ilə qarşılaşacaq. Ronaldonun hər iki oyunda meydana çıxacağı gözlənilir.