Millətlər Liqasının IV turu çərçivəsində baş tutacaq Azərbaycan - Slovakiya oyununun hakimləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Rohit Saqqi görüşün baş hakimi olacaq. Ona Morten Yensen və Anders Olav Dale kömək edəcək. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

Qeyd edək ki, oyun oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Matçın start fiti 20:00-da səslənəcək.