"Ümid edirəm ki, yaxşı oyun olacaq".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç bu gün yığma komandamızın Millətlər Liqasında Qazaxıstanla keçirəcəyi oyun haqda danışarkən deyib:
O, oyun haqda bunları deyib:
"Azərbaycan millisinin Qazaxıstan kimi yığmalara qalib gəlməsi müsbət haldır. Çünki qələbə qazanacağınız halda futbolçuların da növbəti oyunlara köklənməsi yaxşı olacaq. Mən bu matçda Azərbaycan millisindən qələbə gözləyirəm".
Subaşiç yığmamızın Millətlər Liqasında irəli getmək üçün yaxşı potensialının olduğunu da vurğulayıb:
"Bunu deyim ki, Azərbaycanda futbol üçün hər cür şərait var. Millinin heyətində də potensialı olan futbolçular yer alır. Ümid edirəm ki, Azərbaycan millisi bu qrupda yaxşı mübarizə aparacaq və ölkəni sevindirəcək".
CAVİD ƏLİYEV