Bu gün UEFA Millətlər Liqasının 4 Liqasında 1-ci turun qarşılaşmaları baş tutub.
Offsideplus.az xəbər verir ki, A Liqasında 2, B Liqasında 3, C Liqasında 4, D Liqasında isə 1 matç gerçəkləşib.
Günün mərkəzi oyunu İspaniya və Portuqaliya komandaları arasında olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 25-ci dəqiqədə Alvaro Moratonun vurduğu qola qonaqlar 82-ci dəqiqədə Rikardu Ortanın dəqiq zərbəsi ilə cavab veriblər.
A Liqasının 2-ci qrupunun digər matçında Çexiya İsveçrəni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
UEFA Millətlər Liqası
A Liqası
2-ci qrup
22:45. İspaniya - Portuqaliya - 1:1
Qollar: Alvaro Morata, 25 - Rikardu Orta, 82
22:45. Çexiya - İsveçrə - 2:1
Qollar: Yan Kuxta, 11. Cibril Sou, 58 (öz qapısına) - Noa Okafor, 44
B Liqası
2-ci qrup
22:45. İsrail - İslandiya - 2:2
Qollar: Liel Abada, 25. Şon Vayssman, 84 - Torir Yohann Helqason, 42. Arnor Siqurdsson, 53
4-cü qrup
22:45. Sloveniya - İsveç - 0:2
Qollar: Emil Forsberq, 39 (pen.). Deyan Kulusevski, 88
22:45. Serbiya - Norveç - 0:1
Qol: Erlinq Holann, 26
C Liqası
2-ci qrup
20:00. Kipr - Kosovo - 0:2
Qollar: Valon Berişa, 65. Edon Joqrova, 78
22:45. Şimali İrlandiya - Yunanıstan - 0:1
Qol: Tasos Bakasetas, 39
4-cü qrup
20:00. Bolqarıstan - Şimali Makedoniya - 1:1
Qollar: Kiril Despodov, 34 - Milan Ristovski, 50
20:00. Gürcüstan - Cəbəllütariq - 4:0
Qollar: Xviça Kvaratsxeliya, 12. Quram Kaşiya, 33. George Mikautadze, 87. Valeri Qazaişvili, 88
D Liqası
2-ci qrup
20:00. Estoniya - San Marino - 2:0
Qollar: Robert Kirss, 23. Conas Tamm, 32