Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. Avropa çempionatının son qalibi İtaliya yığması İspaniya ilə qarşılaşıb. Milan şəhərində baş tutan qarşılaşmada ispanlar 2:1 hesabıyla qalib gəlib.

Yarımfinalın digər görüşü sabah olacaq. Fransa milli komandası Belçika seçməsiylə qarşılaşacaq. Turin şəhərində keçiriləcək oyuna saat 22:45-də start veriləcək.

Millətlər Liqasının final mərhələsinə İtaliya ev sahibliyi edir. Turnirin həlledici görüşü oktyabrın 10-da olacaq.