Ötən gecə DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika üzrə oyunları baş tutub.
Offsideplus.az xəbər verir ki, Peru millisi Braziliya yığmasını qəbul etməyə peşman olub. 2:4 hesabı ilə bitən matçda braziliyalılar səfərdən qələbə ilə qayıdıblar.
2-si penalti zərbəsi olmaqla het-trik edən Neymar isə millidə ən çox qol vuran ikinci futbolçu olub.
Matçın icmalını təqdim edirik:
Dünya Çempionatı, seçmə mərhələ
Peru – Braziliya 2:4
Qollar: Karrilyo, 6, Tapia, 59 – Neymar, 28-pen. 83-pen. 90+4, Riçarilson, 64