Fransa milli komandasının futbolçusu Stiv Mandanda koronavirusa yoluxub.

Offsideplus.az Fransa Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın düşərgəsində olan “Marsel”in üzvü Mandanda bu gün toplanışı tərk edəcək.

Qeyd edək ki, Fransa yığması UEFA Millətlər Liqasında sentyabrın 5-də səfərdə İsveç millisi ilə qarşılaşacaq, üç gün sonra isə Xorvatiyanı qəbul edəcək.