"Mançester Yunayted"dən Pol Poqba və "Tottenhem"dən Tanqi Ndombelenin koronavirus tezti pozitiv çıxdığı üçün bu oyunçular Fransa millisində iştirak etməyəcəklər.

Offsideplus.az xəbər verir ki, Pol Poqba və Tanqi Ndombele Millətlər Liqasında baş tutacaq İsveç və Xorvatiya millisinə qarşı oyunları buraxacaqlar.

Qeyd edək ki, Fransanın İsveçlə matçı sentyabrın 5-i Solnada, Xorvatiya millisinə qarşı matçı isə sentyabrın 8 Parisdə baş tutacaq.