Braziliya millisi daha bir itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Artur sıradan çıxıb.
Braziliyanın yoxlama oyununda Hondurası məğlub etdiyi (7:0) qarşılaşmada zədələnən Artur yığmanın heyətindən çıxarılıb. Bir neçə gün əvvəl Neymar da zədə səbəbindən heyətdən kənarlaşdırılmışdı.
Qeyd edək ki, Braziliya yığması 15 iyun-7 iyul tarixlərində Amerika kuboku turnirində iştirak edəcək.