Futbol üzrə Azərbaycan milli komandası bu gün Latviyanın paytaxtı Riqaya yollanıb.

Offsideplus.az xəbər verir ki, çarter reysi ilə səfərə çıxan yığmamız 4 saat 45 dəqiqəlik uçuşdan sonra mənzil başına çatıb.

Futbolçu, məşqçi və texniki heyətlə birgə AFFA rəsmiləri və jurnalistlər də Riqaya uçublar.

Plana əsasən, sabah komandamızın oyunöncəsi son məşqi olacaq.

İyunun 7-də isə yığmamız Riqanın "Skonto" stadionunda beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Latviya ilə qüvvəsini sınayacaq.