Latviya və Azərbaycan milli komandaları iyunun 7-də Riqada beynəlxalq yoldaşlıq görüşündə üz-üzə gələcəklər.

Offsideplus.az xəbər verir ki, oyundan 1 gün öncə mətbuat üçün açıq məşq və mətbuat konfransları təşkil olunacaq.

Bu tədbirlərin hamısı qarşılaşmanın da keçiriləcəyi "Skonto" stadioununda baş tutacaq.

6 iyun

Latviya milli komandası

12:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

16:30. Mətbuat konfransı

Azərbaycan milli komandası

18:45. Mətbuat konfransı

19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq