Futbol üzrə Azərbaycanın əsas milli komandası 21 yaşlılardan ibarət yığma (U-21) ilə yoxlama matçı keçirib.
Offsideplus.az xəbər verir ki, oyun hərəsi 35 dəqiqə olmaqla iki hissədən ibarət olub.
Görüş Fernandu Santuşun yetirmələrinin qələbəsi ilə nəticələnib - 3:0.
Əsas milli komanda qarşılaşmaya tam heyətlə çıxa bilməyib. Belə ki, Azərbaycan Kubokunun finalında iştirak edən "Sabah" və "Qarabağ"ın futbolçuları U-21-lə oyunu buraxıblar.
Yoxlama matçından sonra U-21 Belarusa yollanıb. Ayxan Abbasovun başçılıq etdiyi komandanı iyunun 4-də burada yoldaşlıq görüşü gözləyir.
Əsas milli komanda isə iyunun 5-də Latviyaya yola düşəcək. Səfərdə məqsəd iyunun 7-də Riqada Latviya yığmasına qarşı beynəlxalq yoldaşlıq görüşündə mübarizə aparmaqdır.