"Rəqibi təhlil etmişik. Yaxşı, mütəşəkkil və taktiki cəhətdən hazırlıqlı komandadır".
Offsideplus.az xəbər verir ki, bu sözləri millimizin üzvü Pavel Paşayev UEFA Millətlər Liqasının 3-cü turunda sabah Farer adaları ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib. 30 yaşlı müdafiəçi sabah daha yaxşı çıxış etməyə və qələbə qazanmağa çalışacaqlarını söyləyib.
Qeyd edək ki, "Torsvollur" stadionunda keçiriləcək Farer adaları - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. (qol.az)