UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya ilə qarşılaşacaq Azərbaycan millisinin forvardı Musa Qurbanlı oyunla bağlı təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı hücumçu matçdan öncə keçirilən mətbuat konfransında bunları söyləyib:
"Komandada əhval-ruhiyyə yaxşıdır. İnanıram ki, yaxşı oyun göstərəcəyik. Məqsədimiz sabahkı oyunda qələbə qazanmaqdır".
Xatırladaq ki, Azərbaycan - Estoniya matçı saat 18:00-da başlayacaq.