Liverpool-un baş məşqçisi Yürgen Klopp yığma komandalarının oyunlarına görə yaranan fasilə haqqında danışarkən Millətlər Liqasını pisləyib.

Offsideplus.az xəbər verir ki, alman mütəxəssis turniri mənasız adlandırmaqdan çəkinməyib:

“Əgər kimsə mənə desəydi ki, 8 turdan sonra, bu cür çətin qrafiklə bizim 20 xalımız olacaq, mən deyərdim ki “razıyam, gəlin 9-cu tura başlayaq”. Lakin çox təəssüf ki, mənim oyunçularım indi yığma komandalarına yollanacaqlar. Onların Millətlər Liqasında oyunları var, hansı ki, bu turnir futbol dünyasının ən məntiqsiz turniridir. Güman edirəm ki, onlar bu çətin turnirdən  sağ-salamat qayıdacaq və Premyer Liqa ilə Çempionlar Liqası kimi asan turnirlərdə çıxış edə biləcəklər.

Bu oyunçular üçün çətin dönəmdir, elə deyilmi? Onları düşünməyə başlamağın zamanı çatıb. Kimsə mənə Manchester City ilə qarşılaşmadan sonra sual verir ki, oyunçular yorğun olmasaydılar nəticə fərqli ola bilərdi? Sualın özündən artıq bilinir ki, oyunçular yorğun olmasaydılar nəticə də fərqli ola bilərdi. Oyunçuların istirahəti üçün yay tətili lazımdır, mənim oyunçum – Henderson sadəcə 2 həftə istirahət edə bildi.

Oyunçuların milli yığmalarına çağırılmasında problem görmürəm. Lakin indi mən onların yığma komandalarının baş məşqçisinə zəng edib bildirəndə ki 1 və yaxud 2 oyunçuya istirahət ver, onlar mənə qayıdıb deyirlər ki: “Mən də təsir altındayam, məndən qələbə gözləyirlər, çünki biz artıq yoldaşlıq oyununa yox, Millətlər Liqasının oyununa çıxırıq”.