Juventus-un ulduz futbolçusu Kriştiano Ronaldo ilin sonuna qədər Portuqaliya millisinin oyunlarında iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki,  "A Bola” nəşri  33 yaşlı futbolçunun yayda transfer olduğu Juventus klubuna daha tez uyğunlaşmaq üçün bu cür qərar qəbul etdiyini yazıb.

Forvard Portuqaliya millisinin sentyabrdakı Millətlər Liqasının görüşləri üçün də heyətə daxil edilməmişdi. 

Xatırladaq ki, Portuqaliya millisi ilin sonuna qədər Millətlər Liqasında Polşa, Şotlandiya və İtaliya yığmaları ilə qarşılaşacaq.