Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi barədə qərar verilib.

Offsideplus.az "TRT Spor"a istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis yığmadakı vəzifəsinə davam edəcək. Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükeşi Kuntsla bağlı açıqlama verib:

"Hazırda Stefan Kuntsu dəyişdirməklə bağlı məsələ gündəmdə deyil. Onun seçimlərinə hörmət etmək lazımdır. Baş məşqçimizlə yayılan şayiələr doğru deyil. Milli komandaya stabillik lazımdır".

Qeyd edək ki, Türkiyə UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Lüksemburqla 3:3 hesablı heç-heçə edib. Bu oyundan sonra federasiyanın almaniyalı çalışdırıcını istefaya göndərəcəyi ilə bağlı məlumatlar yayılmışdı.