Azərbaycan millisinin üzvləri Renat Dadaşov və Bəhlul Mustafazadə Heydər Əliyev Beynəlxalq Aeroportunda "CBC Sport"a açıqlama verib.

Offsideplus.az xəbər verir ki, oyunda ilk qolun müəllifi Renat azarkeşləri Qazaxıstanla oyuna baxmağa dəvət edib:

"Qələbə qazandığımız üçün çox şadam, yaxşı oynadıq. Bütün matçlara qələbə üçün çıxırıq. Qazaxıstanla oyunda da yaxşı nəticə qazanmaq istəyirik. Hər kəsi bizim oyunu izləməyə dəvət edirik".

Bəhlul Mustafazadə: "Matça yaxşı başlamadıq. Bəzən oyun istədiyimiz kimi getmirdi. Amma sonradan toparlanıb, ilk hissənin sonlarında qol vurduq. Rəqib kifayət qədər yaxşı idi. Son dəqiqələrdə qol buraxsaq da, matçın sonunda yenidən öz xeyrimizə dəyişə bildik. Yaxşı mübarizə apardığımız və 3 xal qazandığımız üçün xoşbəxtik. Qazaxıstanla oyuna qələbə üçün çıxacağıq".

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətl"ər Liqasının qrup mərhələsinin V turunda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəlib.