Bu gün UEFA Millətlər Liqasının qalibi məlum olub.

Offsideplus.az xəbər verir ki, həlledici oyunda İspaniya və Fransa milli komandaları üz-üzə gəlib. İtaliyanın Milan şəhərində, “San Siro” stadionunda keçirilən qarşılaşmada Fransa yığması 2:1 hesabıyla qalib gələrək turnirin qalibi adını qazanıb.

Üçüncü yer uğrunda matçda isə İtaliya və Belçika yığmaları üz-üzə gəliblər. Tuində, “Yuventus Stadium”da keçirilən matçı serbiyalı referi Srcan Yovanoviç idarə edəcək. Üç qolun qeydə alındığı qarşılaşma İtaliya yığmasının qələbəsiylə yekunlaşıb.

Millətlər Liqası

Final

İspaniya – Fransa 1:2

Qollar: Mikel Oyarsabal, 64 - Kərim Benzema, 66, Kilian Mbappe, 80
Baş hakim: Entoni Teylor (İngiltərə)