"Barselona" və İspaniya millsinin oyunçusu Serxio Buskets zədələnib.
Offsideplus.az xəbər verir ki, məşhur yarımmüdafiəçi ötən gecə baş tutan İsveçrə ilə görüşdə dizindən zədə alıb. 72-ci dəqiqədə xəsarət alan Buskets oyuna davam edə bilməyib və əvəzlənib.
32 yaşlı futbolçunun vəziyyətinin nə yerdə olduğuna tibbi müayinədən sonra aydınlıq gələcək.